Amerikalı UFC ulduzu Anjela Hill Yasmine Lusindo ilə döyüşdən öncə keçirilən rəsmi çəkiölçmə mərasimində gülməli an yaşayıb.
Publika.az xəbər verir ki, 40 yaşlı idmançı çəki limiti olan 116 funtu keçməmək üçün büstqalterinin içliklərini çıxarmağa qərar verib. O, onları təşkilatın rəsmi nümayəndəsinə verib, lakin nümayəndə çaşqınlıq içində hara qoyacağını bilməyib. Əvvəlcə içlikləri tərəzinin podiumuna qoyub, lakin onlardan biri sürüşərək yerə düşüb.
Bu vəziyyət Hilli güldürüb. O, başını tutaraq gülüşünü gizlətməyə çalışıb. Hadisə tez bir zamanda sosial şəbəkələrdə yayılıb və populyar anlardan birinə çevrilib.
Təəssüf ki, bu əhval-ruhiyyə Hillə döyüşdə kömək etməyib. O, Lusindoya hakimlərin yekdil qərarı ilə uduzub.