AZ

İtaliyanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb

İtaliyanın Rusiyadakı müvəqqəti işlər vəkili C.Skopa ölkə mediasında "davam edən anti-Rusiya kampaniyası" və rəsmi Moskvanın İtaliya hökumətinin bəyanatlarını tənqid etməsinə Romanın qeyri-mütənasib reaksiyası səbəbindən Rusiyanın Xarici İşlər Nazirliyinə çağırılıb...

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-dən bildirilib.

Qeyd olunub ki, İtaliyanın aparıcı mediasının anti-Rusiya fəaliyyəti iki ölkə arasında münasibətlərdə böhranın daha da kəskinləşməsinə səbəb olur.
"Bu, ikitərəfli dialoqda tənəzzülə gətirib çıxarır və konstruktiv qarşılıqlı əlaqənin bərpasına mane olur", - nazirlikdən vurğulanıb.

Poliqon.info

Seçilən
38
7
poliqon.info

10Mənbələr