Keniyada, Kiambu qraflığında göyərtəsində dörd sərnişin olan helikopter fərdi yaşayış evinin üzərinə düşüb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə “Standard” məlumat yayıb.
Hadisə avqustun 7-də Mvihoko orta məktəbinin yaxınlığında, Ngatho kilsəsi ilə birbaşa üzbəüz baş verib.
"AMREF-ə aid olduğu güman edilən təyyarə zərbədən qısa müddət sonra yanıb. Şahidlər güclü partlayışın ardından qatı tüstünün baş verdiyini bildiriblər", - məlumatda deyilib.
Məryəm Quliyeva