AZ

Trampın tarif qərarları avtomobil sənayesini "VURDU" – Böyük şirkətlər böhranla ÜZ-ÜZƏ

Dünyanın aparıcı avtomobil istehsalçıları ABŞ-ın ticarət rüsumları səbəbindən təxminən 12 milyard dollar itki ilə üzləşiblər. Bu, COVID-19 pandemiyasından bəri avtomobil sənayesinə dəyən ən böyük zərər hesab olunur.

Bizim.Media xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) nəşri məlumat yayıb.
 

Qəzetin hesablamalarına görə, Toyota, Volkswagen, Ford və digər nəhənglərin də daxil olduğu 14 beynəlxalq avtomobil istehsalçısının ümumi itkisi 11,8 milyard dollar civarındadır.


2025-ci ilin ikinci rübündə ən böyük itkiyə Yaponiyanın Toyota şirkəti məruz qalıb. Şirkətin zərəri 3 milyard dollardan çoxdur. Ən az zərər isə ABŞ-ın Tesla şirkətində qeydə alınıb – təxminən 300 milyon dollar.

WSJ-nin proqnozuna əsasən, bu itkilər ilin sonuna qədər davam edə bilər.

Çin şirkətləri istisna olmaqla, dünyanın ən iri 10 avtomobil istehsalçısının xalis mənfəəti təxminən 25% azalacaq.
 

Nəşrin qeyd etdiyinə görə, avtomobil istehsalçıları maliyyə itkilərinin qarşısını almaq üçün məhsullarının qiymətini artırmaq və istehsalı ABŞ-a köçürmək variantlarını nəzərdən keçirirlər.


Lakin bu dəyişikliklərin reallaşması illərlə vaxt tələb edə bilər.

Bizim.Media

Seçilən
49
bizim.media

1Mənbələr