AZ

BP və tərəfdaşları Azərbaycanda sosial investisiyalara və sponsorluq layihələrinə 1,1 milyon dollar xərcləyib

Bu ilin birinci yarısında BP şirkəti və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları Azərbaycanda sosial investisiya layihələrinə təxminən 0,7 milyon ABŞ dolları yönəldiblər.

Bu barədə “Report” “BP-Azerbaijan” şirkətinin əməliyyatçılar adından yaydığı yarımillik biznes məlumatına istinadən xəbər verir.

Qeyd olunur ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 0,2 milyon ABŞ dolları və ya 40 % çoxdur.

Hesabat dövründə bu çərçivədə 17 təhsil proqramı və yerli bacarıqların artırılması, eləcə də sahibkarlığın inkişafını dəstəkləyən 1 layihə həyata keçirilib.

Bundan əlavə, BP şirkəti ayrıca olaraq öz adından sponsorluq etdiyi layihələrə 2025-ci ilin birinci yarısında təxminən 0,4 milyon ABŞ dolları vəsait xərcləyib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,5 milyon ABŞ dolları və ya 2,2 dəfə azdır.

Sponsorluq paketinə hazırda davam edən 19 təhsil təşəbbüsü, yerli bacarıqların artırılması və sahibkarlığın dəstəklənməsi üzrə 1 layihə, ətraf mühitə dair 5 təşəbbüs və müxtəlif mövzularda keçirilən 7 konfrans və seminara dəstək daxil olmaqla ümumilikdə 32 layihə daxildir.

Seçilən
130
50
report.az

10Mənbələr