“Levski” Bolqarıstanın ən köklü klublarından biridi. Bu komandanın ev oyunlarını keçirdiyi stadionu 29 min azarkeş tutumuna malikdi. Çempionat oyunlarında 7-8 min azarkeşin gəldiyi stadion “Braqa” ilə oyunda 16 min tamaşaçı qəbul edib. Bugünkü oyunda bu rəqəmin bundan az olacağını demək olmaz. Tribunalara ən azı 20 min azarkeş toplaşacaq.
Bolqarıstan yığmasının bir neçə futbolçusu “Levski”nin formasını geyir. İlk növbədə qapıçı Svyatoslav Vutsovu qeyd deyə bilərik. Gənc və Bolqarıstan futbolunun gələcəyi hesab edilən qolkiperin “transfermarkt” dəyəri 1,5 milyon avrodu. Kristian Dimitrov da millinin şərəfini qoruyur. 28 yaşlı yarımmüdafiəçinin 1,2 milyon “transfermarkt” dəyəri var. Digər futbolçu isə yəqin ki, yaxın gələcəkdə Avropa səhnəsində olacaq. Söhbət Marin Petkovdan gedir. 21 yaşlı yarımmüdafiəçi komandasının ən təhlükəli futbolçularındandı.
Bu yay “transfer pəncərəsi”ndə top-klubların diqqət mərkəzində olan Marin 3 milyon avro dəyərindədi.
MÜZƏFFƏR QULUZADƏ
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta