UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Sabah”ın rəqibi olan “Levski” Klement İkenna ilə yollarını ayırıb.
İdmanxeber.az-ın məlumatına görə, Bolqarıstan klubu 22 yaşlı nigeriyalı yarımmüdafiəçi ilə müqaviləni qarşılıqlı razılaşma əsasında ləğv edib.
Qeyd edək ki, “Sabah” bu gün saat 22:00-da səfərdə “Levski” ilə qarşılaşacaq. Cavab oyunu isə avqustun 14-də Bakıda keçiriləcək.