İngiltərə Bankı proqnozlara uyğun olaraq baza faiz dərəcəsini 25 baza bəndi azaldaraq 4%-ə endirib, bu barədə tənzimləyicinin saytında deyilir.
İngiltərə Bankının qərarı bazar gözləntilərinə uyğun olub. Pul siyasəti komitəsinin beş üzvü uçot dərəcəsinin azaldılmasına, dörd üzvü isə illik 4.25% səviyyəsində saxlanmasına səs verib.
İngiltərə Bankı 2025-ci il üçün inflyasiya proqnozunu əvvəllər gözlənilən 3.25%-dən 3.75%-ə qaldırıb. Böyük Britaniyanın bu il ÜDM artımı proqnozu 1%-dən 1.25%-ə qədər yaxşılaşdırılıb.