2025-ci ilin birinci yarısında Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) əməliyyat xərcləri təqribən 36 milyon ABŞ dolları, əsaslı xərclər isə təxminən 12 milyon dollar olub. Bu barədə BP şirkətinin Azərbaycanda fəaliyyətinə dair cari ilin birinci yarısının nəticələrinə həsr olunmuş hesabatında qeyd olunub.
İllik müqayisədə hesabat dövründə əməliyyat xərcləri 3,5% azalıb, əsaslı xərclər isə 50% artıb.
“CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə "Şahdəniz" qazını çatdırır, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) sistemi isə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlayıb”, - hesabatda qeyd olunur.
Cari ilin altı ayında CQBK-nin ixrac üçün gündəlik orta ötürücülük gücü 63,1 milyon kubmetr olub.
Aytac