AZ

bp "Şahdəniz”də əməliyyat və əsaslı xərclərini artırıb

Bakı. Trend:

Bu ilin birinci yarısında bp və onun tərəfdaşları tərəfindən“Şahdəniz” üzrə fəaliyyətlərə təxminən 1 milyard 282 milyon dollarəməliyyat xərcləri və təxminən 472 milyon dollar əsaslı xərclərçəkilib. Bu xərclərin böyük əksəriyyəti “Şahdəniz 2” layihəsinə aidolub.

Bu barədə Trend bp-yə istinadən xəbər verir.

Məlumata görə, bu göstəricilər ötən ilin eyni dövrü iləmüqayisədə müvafiq olaraq 31 milyon dollar (2,5%) və 65 milyondollar (16%) çoxdur.

Bildirilib ki, “Şahdəniz” qaz yatağının işlənməsinin növbətimərhələsi olan Şahdəniz Kompressiya (ŞDK) layihəsi üçün ƏtrafMühitə və Sosial-İqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi sənədiüzrə ictimaiyyətlə məsləhətləşmələrin müddəti aprel ayında bitib vəsənədin yekun versiyası may ayında hökumət tərəfindəntəsdiqlənib.

Bunun ardınca, iyunun 3-də Şahdəniz konsorsiumu ŞDK layihəsiüçün yekun investisiya qərarını elan efib.

“2,9 milyard ABŞ dolları dəyərində olan ŞDK layihəsində məqsədyataqdakı aşağı təzyiqli qaz ehtiyatlarını əlçatan etməklə onlarınhasilatını təmin etmək və beləliklə yataqdan maksimum qazverməəmsalına nail olmaqdır. Layihənin yataqdan təxminən 50 milyardkubmetr əlavə qaz və 25 milyon barelə yaxın əlavə kondensathasilatına və ixracına imkan yaradacağı gözlənilir.

Layihə çərçivəsində yeni bir kompressiya obyektinin – elektrikləişləyən, heyətsiz kompressiya platformasının (və ya Əsasən HeyətsizQurğu (eNUI)) inşası nəzərdə tutulur. Layihə həmçinin Şahdənizmüqavilə sahəsində quraşdırılacaq bir sıra əlaqədar obyektləri,eləcə də Şahdəniz Alfa (ŞDA) və Şahdəniz Bravo (ŞDB)platformalarında və Səngəçal terminalında mövcud infrastrukturüzərində aparılacaq bir sıra işləri də əhatə edir.

Tikinti işlərinin 2025-ci ilin sonlarında başlanacağıplanlaşdırılır. Tikintinin 2029-cu ildə başa çatması ilə ŞDKplatformasının həmin ildə ŞDA-dan, 2030-cu ildə isə ŞDBplatformasından hasil edilən qaz həcmlərini kompressiya etmək üçünqəbul etməyə hazır olacağı planlaşdırılır”, - məlumatdavurğulanıb.

Şahdənizdə iştirak payları belədir: bp (operator – 29,99%),LUKOYL (19,99%), TPAO (19,00%), Cənub Qaz Dəhlizi (16,02%), NİKO(10,00%), MVM (5,00%).

Məqalədə:
Seçilən
122
50
az.trend.az

10Mənbələr