AZ

ABŞ hərbiçisi “Abrams” tankları barədə gizli məlumatları Rusiyaya ötürüb

FTB: Hərbçi Rusiya vətəndaşlığı almaq qarşılığında məlumat sızdırıb...

Poliqon xəbər verir ki, ABŞ-ın Texas ştatında yerləşən Fort-Bliss bazasında xidmət edən ABŞ Ordusunun hərbçisi Teylor Adam Li Rusiya tərəfinə M1A2 Abrams tankları haqqında məxfi məlumatları ötürməkdə şübhəli bilinərək saxlanılıb. FTB tərəfindən aparılan istintaqa əsasən, o, bu məlumatları Rusiya hərbi kəşfiyyatçısı hesab etdiyi bir şəxsə çatdırıb və əvəzində Rusiya vətəndaşlığı almağa ümid edib.

Məhkəmə sənədlərinə əsasən, Teylor Li ABŞ Ordusunun aktiv xidmətində olan hərbçidir və “tamamilə məxfi” (Top Secret) kateqoriyalı informasiyalara çıxışı olub. O, məxfi məlumatlara giriş imkanından istifadə edərək Abrams tanklarının zəif cəhətləri, texniki xüsusiyyətləri və mümkün döyüşdəki zəiflikləri barədə məlumatları üçüncü şəxsə ötürüb.

İstintaq göstərir ki, Li bu əlaqələri birbaşa elektron vasitələrlə qurub və onu izləyən hüquq-mühafizə orqanları bu fəaliyyəti sənədlərlə sübut edib. FBI məsələ ilə bağlı əlavə açıqlama verməsə də, ABŞ Müdafiə Nazirliyi bu cür halların ciddi təhlükə yaratdığını və hərbi sirrin qorunmasının prioritet olduğunu bildirib.

Hazırda Teylor Li barəsində cinayət işi açılıb və o, federal səviyyədə dövlətə xəyanət ittihamı ilə məhkəmə qarşısına çıxarılacaq.

Poliqon.info

Seçilən
54
poliqon.info

1Mənbələr