UEFA Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin ilk oyunları keçirilir.
İdmanxeber.az xəbər verir ki, bu gün Azərbaycan klublarından “Araz-Naxçıvan” və “Sabah” mübarizə aparacaqlar.
İlk olaraq Naxçıvan təmsilçisi meydana çıxacaq. Elmar Baxşıyevin komandası Bakıda Kiprin “Omoniya” klubu ilə üz-üzə gələcək.Matç “Dalğa Arena”da, saat 20:00-da start götürəcək.
Cütün qalibi pley-offda Avropa Liqasından PAOK (Yunanıstan) – “Volfsberger” (Avstriya) duelinin məğlubu ilə görüşəcək.
“Sabah” isə Bolqarıstanda “Levski”nin (Sofiya) qonağı olacaq. Georgi Asparuxov adına stadionda Bakı vaxtı ilə saat 22:00-da başlayacaq oyunu xorvatiyalı Duje Strukan idarə edəcək.
Cütün qalibi növbəti raundda AZ (Alkmar, Niderland) – “Vaduts” (Lixtenşteyn) duelinin güclüsü ilə münasibətlərə aydınlıq gətirəcək.
Qeyd edək ki, UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab matçları avqustun 14-də baş tutacaq.
7 avqust
UEFA Konfrans Liqası
3-cü təsnifat mərhələsi, ilk oyunlar
20:00. “Araz-Naxçıvan” (Azərbaycan) – “Omoniya” (Kipr)
Baş hakim: Ondrjey Berska (Çexiya).
Bakı. “Liv Bona Dea Arena”.
22:00. “Levski” (Bolqarıstan) – “Sabah” (Azərbaycan)
Baş hakim: Duje Strukan (Xorvatiya).
Sofiya.”Georgi Asparuxov” stadionu.