RU

“Araz Naxçıvan” “Omoniya”nı qəbul edir, “Sabah” “Levski” səfərində – YENİLƏNİR 

UEFA Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin ilk oyunları keçirilir.

İdmanxeber.az xəbər verir ki, bu gün Azərbaycan klublarından “Araz-Naxçıvan” və “Sabah” mübarizə aparacaqlar.

İlk olaraq Naxçıvan təmsilçisi meydana çıxacaq. Elmar Baxşıyevin komandası Bakıda Kiprin “Omoniya” klubu ilə üz-üzə gələcək.Matç “Dalğa Arena”da, saat 20:00-da start götürəcək.

Cütün qalibi pley-offda Avropa Liqasından PAOK (Yunanıstan) – “Volfsberger” (Avstriya) duelinin məğlubu ilə görüşəcək.

“Sabah” isə Bolqarıstanda “Levski”nin (Sofiya) qonağı olacaq. Georgi Asparuxov adına stadionda Bakı vaxtı ilə saat 22:00-da başlayacaq oyunu xorvatiyalı Duje Strukan idarə edəcək.

Cütün qalibi növbəti raundda AZ (Alkmar, Niderland) – “Vaduts” (Lixtenşteyn) duelinin güclüsü ilə münasibətlərə aydınlıq gətirəcək.

Qeyd edək ki, UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab matçları avqustun 14-də baş tutacaq.

7 avqust

UEFA Konfrans Liqası

3-cü təsnifat mərhələsi, ilk oyunlar

20:00. “Araz-Naxçıvan” (Azərbaycan) – “Omoniya” (Kipr)

Baş hakim: Ondrjey Berska (Çexiya).

Bakı. “Liv Bona Dea Arena”.

22:00. “Levski” (Bolqarıstan) – “Sabah” (Azərbaycan)

Baş hakim: Duje Strukan (Xorvatiya).

Sofiya.”Georgi Asparuxov” stadionu.

Избранный
16
2
idmanxeber.az

8Источники