AZ

Apple 100 milyard dollarlıq yeni investisiya elan etdi

ABŞ-ın texnologiya nəhəngi Apple şirkəti, ABŞ-a əlavə 100 milyard dollarlıq investisiya yatıracağını açıqlayıb.

Marja.az xəbər verir ki, bu qərar şirkətin istehsalı ölkəyə köçürmək planının bir hissəsidir.

Bu yeni vəsaitlə birlikdə Apple-ın ABŞ-dakı ümumi investisiya həcmi növbəti dörd il ərzində 600 milyard dollar səviyyəsinə çatacaq.

Şirkət ABŞ-da 20 min yeni iş yeri açmağı planlaşdırır; bu iş yerlərinin əksəriyyəti araşdırma-inkişaf, mühəndislik, proqram təminatı, süni intellekt və maşın öyrənməsi sahələrində olacaq.

ABŞ Prezidenti Donald Tramp, bu investisiyanı elan edərkən deyib: “Bu, Apple-ın indiyədək yatıracağı ən böyük sərmayədir”.

Tramp bildirib ki, Apple Kentukki ştatında dünyanın ən böyük və ən qabaqcıl ağıllı şüşə istehsal xəttini quracaq. Eyni zamanda Houston-da server istehsal zavodu, Kaliforniyada nadir torpaq elementlərinin təkrar emalı (recycling) xətti, Texas, Utah, Arizona və Nyu-York-dakı yarımkeçirici və əlaqədar avadanlıqların istehsalı üzrə yeni layihələr planlaşdırılır.

Apple-ın Direktoru Tim Kuk bildirib ki, Apple məhsullarının istehsalında istifadə olunan ən vacib komponentlər ABŞ-da istehsal ediləcək, bu məqsədlə şirkət Amerika daxilində 10 şirkətlə yeni əməkdaşlıq müqaviləsi imzalayıb.

Kuk əlavə edib: “Amerikada sərmayə yatırmağa davam edəcəyik".

Xatırladaq ki, Apple qısa müddət əvvəl – fevral ayında – ABŞ-da qarşıdakı dörd il ərzində 500 milyard dollardan çox investisiya planlaşdırdığını və bu çərçivədə işçi sayını 20 mindən aşağı tutmadığını bildirmişdi 

Seçilən
53
28
marja.az

10Mənbələr