AZ

Xəzərin dibi ilə fiber-optik kabel çəkilir

Xəzərin

Xəzər dənizinin dibi ilə ilk sualtı optik xətt çəkməyə hazırlaşırlar. Artıq Qazaxıstan və Azərbaycan hazırlıq işlərinə başlayıb.

Reyting.az
“Sputnik Kazaxstan”a istinadla xəbər verir ki, Xəzər dənizində tədqiqat Azərbaycan və Qazaxıstan tərəfdən eyni vaxtda aparılacaq. Artıq “Qazaxtelecom” və “AzerTelecom” işlərə başlayıblar.

Bautino dəniz limanından dib relyefini öyrənmək üçün alətlərlə təchiz olunmuş gəmi yola düşüb. İş bir ay ərzində Aktau sahilindən Sumqayıta qədər nəzərdə tutulan marşrut üzrə aparılacaq.

Çəkiləcək ilk sualtı optik xətt, Asiya ilə Avropa arasında “telekommunikasiya körpüsü” olacaq.

V. QULİYEV
Seçilən
23
reyting.az

1Mənbələr