AZ

Qanada helikopter qəzasında 2 nazir həlak olub

Bakı, 7 avqust, AZƏRTAC

Qananın müdafiə və ətraf mühit nazirləri helikopter qəzasında həlak olub.

AZƏRTAC xəbər verir ki, faktı ölkənin Prezident Administrasiyası təsdiqləyib. Bildirilib ki, Müdafiə Nazirliyinə məxsus helikopter havaya qalxdıqdan bir müddət sonra radarlardan itib. Qəza zamanı helikopterdə 3 heyət üzvü və 5 sərnişin olub.

Həlak olanlar arasında milli təhlükəsizlik üzrə koordinator və keçmiş kənd təsərrüfatı naziri də yer alır. Qanada matəm elan edilib və bayraqlar endirilib.

Seçilən
77
1
azertag.az

2Mənbələr