AZ

“Rusiya indi atəşkəsə daha çox meyllidir” – Zelenski


ABŞ Prezidenti Donald Tramp və Avropa liderləri ilə telefon danışığından sonra Ukrayna Prezidenti Volodimir Zelenski deyib ki, onun fikrincə, Rusiya indi atəşkəsə daha çox meyllidir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə o, axşam çıxışında danışıb.
“Biz Moskvada Putinlə Uitkoffun görüşündə deyilənləri müzakirə etdik. Belə görünür ki, Rusiya indi atəşkəsə daha çox meyllidir, onlara təzyiqlər işləyir. Amma əsas odur ki, nə bizi, nə də ABŞ-ni təfərrüatı ilə aldatmasınlar”, - Zelenski bildirib.
Qeyd edək ki, avqustun 6-da Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff Moskvaya səfər edib. O, Rusiya Prezidenti Vladimir Putinlə görüşüb. Rusiya prezidenti və Donald Trampın xüsusi nümayəndəsi görüşdən sonra heç bir açıqlama verməyib.
Seçilən
124
50
yeniavaz.com

10Mənbələr