Konfrans Liqasının "Levski" (Bolqarıstan) - "Sabah" (Azərbaycan) oyununun biletləri bu gün satışa çıxarılıb.
Sportinfo.az Bolqarıstanın sportal.bg saytına istinadən xəbər verir ki, oyuna maraq böyükdür.
Saytın yazdığına görə, yerli vaxtla saat 10:00-da (Bakı vaxtı ilə saat 11:00) Georgi Aspuraxov adına stadionun kassaları açılıb.
Bu zaman yüzlərlə azarkeş bilet almaq üçün uzun növbəyə düzülüb.
Bildirilir ki, oyun günü arenanın tribunalarının (29 min 200 tamaşaçı tutumu var) tam dolacağı gözlənilir.
"Levski" ilə "Sabah" arasında ilk matç avqustun 7-də Sofiyada, cavab görüşü avqustun 14-ü Bakıda keçiriləcək.