Konfrans Liqasının III təsnifat mərhələsində bu gün Bolqarıstanda "Levski"nin qonağı olacaq "Sabah" stadionda tək-tənha qalmayacaq.
Sportinfo.az xəbər verir ki, komandanı səfər matçında 20-yə yaxın azarkeş dəstəkləyəcək.
"Levski" - "Sabah" görüşü Bolqarıstanın paytaxtı Sofiyadakı Georgi Asparuxov adına stadionda, Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.