AZ

Hindistandan Trampın qərarına reaksiya

Hindistanın Xarici İşlər Nazirliyi Rusiya neftinin tədarükünə cavab olaraq ABŞ-ın Hindistan mallarına əlavə rüsumlar tətbiq etməsinə münasibət bildirib.

Publika.az xəbər verir ki, nazirlik bu cür hərəkətlərin ədalətsiz, əsassız olduğunu bəyan edib.

"Biz artıq bu məsələ ilə bağlı mövqeyimizi açıq şəkildə bildirmişik, tədarükümüzün bazar prinsiplərinə əsaslandığını və 1,4 milyard Hindistan vətəndaşının enerji təhlükəsizliyini təmin etməyə yönəldiyini vurğulamışıq”, - nazirliyin bəyanatında qeyd edilib.

Hindistanın öz milli maraqlarını qorumaq üçün bütün lazımi tədbirləri görəcəyi vurğulanıb.

Seçilən
39
publika.az

1Mənbələr