Rusiyanın Arktikada inkişaf etdirdiyi Şimal dəniz marşrutu Qərbi qıcıqlandırmır, lakin bu marşrut Çinin diqqətini daha çox cəlb edir.
Qaziler.az-ın məlumatına görə, bu fikirləri rusiyalı hərbi ekspert Maksim Klimov “NEWS.ru”ya açıqlamasında səsləndirib. Müsahib qeyd edib ki, Çinin Amerikadan daha iddialı olan Arktika proqramı var.
“ABŞ-da hələ də çox köhnə buzqıran gəmilər var. Lakin Çin bu mövzuya daha çox maraq göstərir”, - ekspert deyib.
Arktikada Rusiya və Çin arasında ehtimal olunan rəqabətdən danışan Klimov qeyd edib ki, ən yaxşısı Çin kimi böyük ölkə ilə dost olmaqdır.
“Amma Allah bu dostluqda zəiflik göstərməsin”, - deyə ekspert əlavə edib.
QAZİLER.AZ