EN

Rusiya və Çinin Arktikada toqquşan maraqları: Rəqabət var

Rusiyanın Arktikada inkişaf etdirdiyi Şimal dəniz marşrutu Qərbi qıcıqlandırmır, lakin bu marşrut Çinin diqqətini daha çox cəlb edir.

Qaziler.az-ın məlumatına görə, bu fikirləri rusiyalı hərbi ekspert Maksim Klimov “NEWS.ru”ya açıqlamasında səsləndirib. Müsahib qeyd edib ki, Çinin Amerikadan daha iddialı olan Arktika proqramı var.

“ABŞ-da hələ də çox köhnə buzqıran gəmilər var. Lakin Çin bu mövzuya daha çox maraq göstərir”,  - ekspert deyib.

Arktikada Rusiya və Çin arasında ehtimal olunan rəqabətdən danışan Klimov qeyd edib ki, ən yaxşısı Çin kimi böyük ölkə ilə dost olmaqdır.

“Amma Allah bu dostluqda zəiflik göstərməsin”, - deyə ekspert əlavə edib.

QAZİLER.AZ

Chosen
10
qaziler.az

1Sources