“Araz-Naxçıvan” - “Omoniya” matçından əvvəl ənənəvi mətbuat konfransı keçirildi.
“Football-plus.az” xəbər verir ki, qonaqların baş məşqçisi Henninq Berq jurnalistlərin suallarını cavabladı.
- Sabahkı oyunu səbirsizliklə gözləyirik. Rəqibimiz yaxşı komandadı. Qələbə qazanmaq istəyirik.
- “Araz-Naxçıvan” “Aris”i nəyin hesabına keçdi?
- Komandada çox keyfiyyətli futbolçular var. Yaxşı mübarizə apardılar, enerjiləri yüksəkdi.
- “Araz-Naxçıvan” əvvəlki mərhələdə favorit sayılan rəqibi keçdi. İndi də kağız üzərində “Omoniya” favoritdi. Bu sizi narahat etmir?
- Həmişə komandalardan biri favorit olur. Məşqçilər və futbolçular belə düşünmür. Əsas odu ki, həmin oyunda ən yaxşı formada olaq. “Araz-Naxçıvan” keyfiyyətli komandadı. “Aris”lə yaxşı oyunlar keçirdilər. Kimin favoriti olması bizi maraqlandırmır. Bizi iki çətin oyun gözləyir.
- “Omoniya” bir neçə dəfə Azərbaycanda oynayıb. Əvvəlki “Omoniya”dan hansı fərqləri var?
- İki mövsümün komandasını müqayisə etmək çətindi. Ötən mövsüm mən bu komandada deyildim.
- Şansları faiz nisbəti ilə necə dəyərləndirirsiz?
- Mən riyaziyyatçı deyiləm. “Aris” “Araz-Naxçıvan”ı keçsəydi, bu oyunda da favorit sayılacaqdı. İndi düşünün ki, bu oyunun favoriti kimdi?
- İtkilər var?
- Tasos zədəlidi. Franses isə vizanı gec aldı. Bu gecə Bakıya çatacaq.
- Ötən mövsüm “Neftçi”yə keçəcəyi deyilirdi. Düz söhbət idi? Düz idisə, niyə alınmadı?
- Bu bəzən şayiə olur, bəzən doğru. Nədisə, odu.
- Meydanın örtüyü hansı vəziyyətdədi?
- Hələ ki baxmağa imkan olmayıb.
MÜZƏFFƏR QULUZADƏ
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta