Footbal-plus saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
“Araz-Naxçıvan” - “Omoniya” matçından əvvəl ənənəvi mətbuat konfransı keçirildi. “Football-plus.az” xəbər verir ki, qonaqların baş məşqçisi Henninq Berq jurnalistlərin suallarını cavabladı.- Sabahkı oyunu səbirsizliklə gözləyirik. Rəqibimiz yaxşı komandadı. Qələbə qazanmaq istəyirik.- “Araz-Naxçıvan” “Aris”i nəyin hesabına keçdi?- Komandada çox keyfiyyətli futbolçular var. Yaxşı mübarizə apardılar, enerjiləri yüksəkdi.- “Araz-Naxçıvan” əvvəlki mərhələdə favorit sayılan rəqibi keçdi. İndi də kağız üzərində “Omoniya” favoritdi. Bu sizi narahat etmir?- Həmişə komandalardan biri favorit olur. Məşqçilər və futbolçular belə düşünmür. Əsas odu ki, həmin oyunda ən yaxşı formada olaq. “Araz-Naxçıvan” keyfiyyətli komandadı. “Aris”lə yaxşı oyunlar keçirdilər. Kimin favoriti olması bizi maraqlandırmır. Bizi iki çətin oyun gözləyir.- “Omoniya” bir neçə dəfə Azərbaycanda oynayıb. Əvvəlki “Omoniya”dan hansı fərqləri var?- İki mövsümün komandasını müqayisə etmək çətindi. Ötən mövsüm mən bu komandada deyildim.- Şansları faiz nisbəti ilə necə dəyərləndirirsiz?- Mən riyaziyyatçı deyiləm. “Aris” “Araz-Naxçıvan”ı keçsəydi, bu oyunda da favorit sayılacaqdı. İndi düşünün ki, bu oyunun favoriti kimdi?- İtkilər var?- Tasos zədəlidi. Franses isə vizanı gec aldı. Bu gecə Bakıya çatacaq.- Ötən mövsüm “Neftçi”yə keçəcəyi deyilirdi. Düz söhbət idi? Düz idisə, niyə alınmadı?- Bu bəzən şayiə olur, bəzən doğru. Nədisə, odu.- Meydanın örtüyü hansı vəziyyətdədi?- Hələ ki baxmağa imkan olmayıb.MÜZƏFFƏR QULUZADƏ
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.