AZ

Torpaq davası qanlı atışmaya çevrildi - Ölənlər və yaralananlar var

İranın Xorasan Rəzavi əyalətinin Türbət Heydəriyyə şəhərində mülkiyyət hüququ ilə bağlı mübahisə zəminində silahlı qarşıdurma baş verib.

Moderator.az "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, bu barədə şəhər prokurorluğundan məlumat verilib.

Məlumata görə, münaqişə püstə bağına sahiblik üstündə yaranıb. Atışma nəticəsində 5 nəfər ölüb, daha iki nəfər yaralanıb.

Prokurorluğun məlumatına görə, qarşıdurma zamanı "Kalaşnikov" silahlarından istifadə edilib. Qatillər cinayət yerindən qaçıblar və onlar axtarılır.

Seçilən
4
2
moderator.az

3Mənbələr