İranın Xorasan Rəzavi əyalətinin Türbət Heydəriyyə şəhərində mülkiyyət hüququ ilə bağlı mübahisə zəminində silahlı qarşıdurma baş verib.
"Azad İran" "Telegram" kanalının xəbərinə görə, bu barədə şəhər prokurorluğundan məlumat verilib.
Məlumata görə, münaqişə püstə bağına sahiblik üstündə yaranıb. Atışma nəticəsində 5 nəfər ölüb, daha iki nəfər yaralanıb. pizza hut
Prokurorluğun məlumatına görə, qarşıdurma zamanı "Kalaşnikov" silahlarından istifadə edilib. Qatillər cinayət yerindən qaçıblar və onlar axtarılır.
Telegram kanalımız