“Araz-Naxçıvan” - “Omoniya” matçı ilə bağlı bu gün mətbuat konfransı keçirilib.
Jurnalistlər önünə həm Naxçıvan təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev, həm də futbolçusu Qara Qarayev çıxıb.
Baxşıyev sözə belə başlayıb:
- Sabahkı oyuna hazırlığımız qaydasındadı. Əlimizdən gələnin ən yaxşısını edəcəyik.
- Sizin “Qəbələ” ilə də “Omoniya”ya qarşı oyun təcrübəniz var. Bu barədə nə deyə bilərsiz?
- Təhlil etmişik. Bu “Omoniya” “Qəbələ” ilə oynadığım komanda deyil. Komanda olaraq incələmişik, lazımi məlumatları futbolçulara vermişəm.
- “Omoniya” “Aris”dən daha keyfiyyətli hücum qurur. 3-cü yeri tutsa da, Kipr çempionatında ən çox qol vuran komandadı. Sabah Ribeyro da olmayaq. Bəxtiyar Həsənalızadənin yanında kim oynayacaq?
- Sabaha kimi vaxtımız var. Kimi desək, o da sona qədər oynayıb vuruşacaq.
- Liqa mərhələsinə ümid etmək olar?
- Hazırda sabahkı oyunu düşünməliyik.
Qara Qarayev də mətbuat konfransında iştirak edib.
- “Qarabağ”ın da heyətində “Omoniya”ya qarşı oynamısan. Fərq nədi?
- Ciddi fərq var. Akademiyadan yaxşı futbolçular cəlb olunub. O vaxtdan əsas fərq daha aktiv və bir-birini başa düşən komandadı. Fəlsəfələri var.
- “Aris”lə oyunda “Aris”i favorit görürdülər. İndi də “Omoniya” favorit görülür. Bu sizi motivasiya edir?
- Əlimizdən gələni edəcəyik. Əsas məqsəd hədəfimizə çatmaqdı. Bu futboldu.
- “Qarabağ” avrokuboklarda debüt edəndə də heyətdəydin. İndi də o vaxtları xatırlayırsan?
- Bəli, məşqdə uşaqlara da deyirəm. Bənzərlik var. “Qarabağ”ın atdığı ilk addımı biz də indi atırıq. Daha inamlı olmağa çalışacağıq.
- “Aris”lə oyundan sonra psixoloji, yaxud fiziki yorğunluq var?
- Qələbə hamısını kompensasiya edir. Sabah da qələbə qazanmağa çalışacağıq. Ehtiyatda olsam da, əsas heyətdə olsam da, Elmar müəllimin yanındayam.
MÜZƏFFƏR QULUZADƏ
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta