AZ

“Komanda olaraq incələmişik, lazımi məlumatları futbolçulara vermişəm” Elmar Baxşıyev

Footbal-plus portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Araz-Naxçıvan” - “Omoniya” matçı ilə bağlı bu gün mətbuat konfransı keçirilib. Jurnalistlər önünə həm Naxçıvan təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev, həm də futbolçusu Qara Qarayev çıxıb. Baxşıyev sözə belə başlayıb:- Sabahkı oyuna hazırlığımız qaydasındadı. Əlimizdən gələnin ən yaxşısını edəcəyik.- Sizin “Qəbələ” ilə də “Omoniya”ya qarşı oyun təcrübəniz var. Bu barədə nə deyə bilərsiz?- Təhlil etmişik. Bu “Omoniya” “Qəbələ” ilə oynadığım komanda deyil. Komanda olaraq incələmişik, lazımi məlumatları futbolçulara vermişəm.- “Omoniya” “Aris”dən daha keyfiyyətli hücum qurur. 3-cü yeri tutsa da, Kipr çempionatında ən çox qol vuran komandadı. Sabah Ribeyro da olmayaq. Bəxtiyar Həsənalızadənin yanında kim oynayacaq?- Sabaha kimi vaxtımız var. Kimi desək, o da sona qədər oynayıb vuruşacaq.- Liqa mərhələsinə ümid etmək olar?- Hazırda sabahkı oyunu düşünməliyik.Qara Qarayev də mətbuat konfransında iştirak edib.- “Qarabağ”ın da heyətində “Omoniya”ya qarşı oynamısan. Fərq nədi?- Ciddi fərq var. Akademiyadan yaxşı futbolçular cəlb olunub. O vaxtdan əsas fərq daha aktiv və bir-birini başa düşən komandadı. Fəlsəfələri var.- “Aris”lə oyunda “Aris”i favorit görürdülər. İndi də “Omoniya” favorit görülür. Bu sizi motivasiya edir?- Əlimizdən gələni edəcəyik. Əsas məqsəd hədəfimizə çatmaqdı. Bu futboldu.- “Qarabağ” avrokuboklarda debüt edəndə də heyətdəydin. İndi də o vaxtları xatırlayırsan?- Bəli, məşqdə uşaqlara da deyirəm. Bənzərlik var. “Qarabağ”ın atdığı ilk addımı biz də indi atırıq. Daha inamlı olmağa çalışacağıq.- “Aris”lə oyundan sonra psixoloji, yaxud fiziki yorğunluq var?- Qələbə hamısını kompensasiya edir. Sabah da qələbə qazanmağa çalışacağıq. Ehtiyatda olsam da, əsas heyətdə olsam da, Elmar müəllimin yanındayam.MÜZƏFFƏR QULUZADƏ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
46
1
icma.az

2Mənbələr