AZ

“Sabah”da amerikalı basketbolçu

ain.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

“Sabah” heyətini amerikalı basketbolçu ilə gücləndirib.

İdman.biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

David Nikolsla 2 illik müqavilə imzalanıb.

2024/2025 mövsümündə Macarıstanın “Alba Fehérvár” basketbol klubunda oynayan David həm FIBA Avropa kuboku, həm də Macarıstan çempionatında çıxış edib.

Qeyd edək ki, 1996-cı il martın 26-da ABŞ-də anadan olan David Nikols 183 sm boya malikdir. Karyerasına ABŞ-ın nüfuzlu universitet komandalarında başlayan oyun qurucusu “Albany Great Danes” və “Florida State Seminoles” komandalarında stabil çıxışı ilə yadda qalıb.

2024-cü ilin yayında “Alba Fehérvár” ilə müqavilə imzalayan Nikols debüt mövsümündə komandanın liderlərindən birinə çevrilib. Son olaraq Türkiyənin “Yalovaspor” klubunda çıxış edib.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
4
icma.az

4Mənbələr