“Sabah” mövsümlərarası fasilədə sıralarını gücləndirməkdə davam edir.
Apasport.az xəbər verir ki, komanda amerikalı basketbolçu David Nichols la 2 illik müqavilə imzalayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
2024/2025 mövsümündə Macarıstanın “Alba Fehérvár” basketbol klubunda möhtəşəm performans nümayiş etdirən Davidin həm FIBA Avropa Kuboku, həm də Macarıstan çempionatında çıxışı Avropa basketbol ictimaiyyətində geniş rezonans doğurub.
1996-cı il martın 26-da ABŞ-da anadan olan David Nichols, 183 sm boya malikdir. Karyerasına ABŞ-ın nüfuzlu universitet komandalarında başlayan oyun qurucusu “Albany Great Danes” və “Florida State Seminoles” komandalarında stabil çıxışı ilə yadda qalıb.
2024-cü ilin yayında “Alba Fehérvár” ilə müqavilə imzalayan Nichols, debüt mövsümündə komandanın liderlərindən birinə çevrilib. Son olaraq Türkiyənin “Yalovaspor” BK klubunda çıxış edib.
Millimiz Sumqayıt mərhələsinin çempionu olub
Millimiz 1/4 finala yüksəlib
Millimiz Çexiya və Slovakiya ilə qarşılaşacaq
Azərbaycan millisi Avropa çempionatında ilk qrup matçını keçirib
“Neftçi”nin yeni baş məşqçisi bəlli olub