AZ

Araz Naxçıvan ın oyunlarının hakimləri açıqlandı

ain.az, Qol.az saytına istinadən bildirir.

“Araz-Naxçıvan”ın futzal üzrə Çempionlar Liqasının ilkin mərhələsində yer aldğı qrupun oyunlarını idarə edəcək hakimlər açıqlanıb.

QOL.az xəbər verir ki, qrupun matçlarında 4 referi ədaləti qoruyacaq.

Orest Dutsyak (Ukrayna), Qonsalo Felipe Santos Duarte (Portuqaliya), Vladimir Sebek (Monteneqro), Aleksandar Vangelov (Bolqarıstan) iş başında olacaq.

Hakim-inspektor funksiyasını Talal Daravşi yerinə yetirəcək.

Qeyd edək ki, “Araz-Naxçıvan” UEFA Çempionlar Liqasının ilkin mərhələsində F qrupunda yer alıb. Naxçıvan klubu avqustun 27-də Şimali İrlandiyanın “Sparta” (Belfast), ertəsi gün Şotlandiyanın PYF, avqustun 30-da isə Avstriyanın “Ljuti” komandaları ilə qarşılaşacaq.

Bu qrupun oyunları Avstriyada keçiriləcək. Reqlamentə əsasən, yalnız qrup qalibi əsas mərhələyə yüksələcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
36
23
qol.az

10Mənbələr