Futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsində iştirak edəcək “Araz”ın yer aldğı qrupunun oyunlarını idarə edəcək hakimlər açıqlanıb.
Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, UEFA 4 referiyə təyinat göndərib. Bu qrupun oyunlarında Orest Dutsyak (Ukrayna), Qonsalo Felipe Santos Duarte (Portuqaliya), Vladimir Sebek (Monteneqro), Aleksandar Vangelov (Bolqarıstan) iş başında olacaqlar. Hakim-inspektor funksiyasını isə Talal Daravşi yerinə yetirəcək.
Qeyd edək ki, Naxçıvanı təmsil edən “Araz” UEFA Çempionlar Liqasının ilkin mərhələsində F qrupunda yer alacaq. Azərbaycan çempionu avqustun 27-də Şimali İrlandiyanın “Sparta” (Belfast), ertəsi gün Şotlandiyanın “PYF Saltires”, avqustun 30-da isə Avstriyanın “Lyuti Krayişniçi” komandaları ilə mübarizə aparacaq. Bu qrupun oyunları Avstriyada keçiriləcək. Yalnız qrup qalibi əsas mərhələyə yüksələcək.