AZ

Ekologiya naziri postuna 3 NAMİZƏD

Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda Ekologiya və Təbii Sərvətlər Nazirliyi rəhbərsiz fəaliyyətini davam etdirir. Ancaq rəsmi açıqlama olmasa da, dəyişiklik gözləniləndir. Uzun illər nazir olan Muxtar Babayev COP29-dan sonra Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi təyin edilib. 

Hafta.az xəbər verir ki, yeni ekologiya və təbii sərvətlər nazirinin parlamentdən gətiriləcəyi bildirilir. Həmin şəxs müasir yanaşmaları ilə seçilir və siyasi dairələrin etimadını qazanıb. Modern.az-a daxil olan məlumatda onun adı hələlik gizli saxlanılır.

Başqa bir versiyaya görə, hazırda nazirlikdə çalışan müavinlərdən biri rəhbərliyə gətirilə bilər. Bu şəxslər nazirlik sisteminə yaxşı bələddir və çevik idarəçilik təcrübəsi var. İnstitusional davamlılıq baxımından bu seçim məntiqli görünür.

Siyasi dairələrdə yayılan digər versiya isə sürpriz ehtiva edir. Belə ki, tamam fərqli sahəni təmsil edən bir dövlət qurumunun rəhbəri nazirlik üçün nəzərdən keçirilir. Bu hal dəyişiklik rüzgarlarının daha geniş miqyasda əsdiyini göstərir.

Qeyd edək ki, Muxtar Babayevdən əvvəl ekologiya və təbii sərvətlər naziri postunu Hüseynqulu Bağırov tutub.

Seçilən
90
9
hafta.az

10Mənbələr