AZ

Ermənistan müharibədən sonra da qətllər və təxribatlar törətməkdə davam edir

Məlum olduğu kimi, 5 avqust 2025-ci il tarixində Kəlbəcər rayonu ərazisində təminat tapşırığı yerinə yetirərkən Azərbaycan Ordusuna məxsus hərbi yük avtomobili Ermənistan silahlı qüvvələri tərəfindən basdırılmış minaya düşüb. Nəticədə, 5 hərbi qulluqçumuz mina partlayışı nəticəsində müxtəlif dərəcəli xəsarətlər alıb.

Xatırladaq ki, 44 günlük Vətən müharibəsinin başa çatmasından 5 il ötsə də, bu müddət ərzində yüzlərlə azərbaycanlı mina partlayışlarının qurbanı olub. Onların bir qismi həlak olub, digər qismi isə ağır xəsarətlər alıb. Avqustun 5-də Kəlbəcər rayonu ərazisində baş verən partlayış nəticəsində 5 hərbçimizin xəsarət alması, Ermənistanın müharibədən sonra da mina terrorunu davam etdirdiyini, qətllər və təxribatlar törətdiyini göstərir.

Azərbaycanın bütün çağırışlarına rəğmən Ermənistanın bu gün də dövlətimizə qarşı mina terrorundan imtina etməməsi, İrəvanın məkirli niyyətlərindən xəbər verir. Bu, hər şeydən öncə sübut edir ki, Ermənistanın sülh haqqındakı bəyanatları səmimi deyil və İrəvan bu gün də ölkəmizi mina terroru vasitəsilə zəiflətməyə çalışır.

Bundan başqa, 5 il ərzində mütəmadi şəkildə davam edən mina terroruna görə Ermənistanın beynəlxaql təşkilatlar və qlobal güclər tərəfindən heç bir təzyiqə məruz qalmaması İrəvanın bu terroru faktiki olaraq cəzasızlıq mühitində həyata keçirdiyini göstərir. Həmçinin, bu tendensiya onu deməyə əsas verir ki, beynəlxalq ictimai rəy təsir vasitəsi kimi öz əhəmiyyətini itirib və heç bir çəkindirici effektə malik deyil.

Ermənistanın mina terrorunu illər uzunudur ki, eyni vüsətlə davam etdirməsi onun bu terrora görə ayrıca məsuliyyətə cəlb edilməsi və cəzalıandırılmasını zəriuri edir. Və inanırıq ki, 44 günlük Vətən müharibəsində erməni faşizmini darmadağın edən Azərbaycan, mina terroruna görə də Ermənistanı cəzalandıracaq və mina terroru qurbanlarının qisasını alacaq.

Seymur ƏLİYEV

 

Seçilən
57
moderator.az

1Mənbələr