AZ

Beyləqanda uşaq bağçasında yanğın olub

Beyləqanda
Beyləqan şəhərində ikimərtəbəli uşaq bağçasında yanğın olub. Bu barədə 1news.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, Beyləqan şəhərində ümumi sahəsi 1000 m² (hər mərtəbəsi 500 m²) olan ikimərtəbəli uşaq bağçasının 2-ci mərtəbəsinin dəhlizində quraşdırılan elektrik lövhəsi və 4 p.m elektrik kabeli yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 25 nəfər (17-si uşaq olmaqla) təhlükəsiz əraziyə təxliyə olunub. Bağça yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Seçilən
88
43
1news.az

10Mənbələr