AZ

Beyləqanda uşaq bağçasında yanğın olub

25 nəfər təxliyə edilib
Beyləqan şəhərində yanğın olub. AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Qeyd edilib ki, ümumi sahəsi 1000 kvadratmetr (hər mərtəbəsi 500 kvadratmetr) olan ikimərtəbəli uşaq bağçasının 2-ci mərtəbəsinin dəhlizində quraşdırılan elektrik lövhəsi və 4 metr elektrik kabeli yanıb.
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 25 nəfər (17-si uşaq olmaqla) təhlükəsiz əraziyə təxliyə olunub. Bağça yanğından mühafizə olunub.
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Seçilən
129
43
ayna.az

10Mənbələr