AZ

Aktrisa Kelley Mack 33 yaşında vəfat etdi

Ajans.az xəbər verir ki,aktrisanın ailəsi verdiyi açıqlamada onun doğma şəhəri Cincinnatidə dünyasını dəyişdiyini bildirib. Məlumata görə, Mack bir müddətdir ki, beyin və mərkəzi sinir sistemini zədələyən nadir və sağalmaz xərçəng növü ilə mübarizə aparırdı. Kelley Mack Hinsdale Central High School məktəbini bitirib, daha sonra isə 2014-cü ildə Chapman Universitetinin Dodge Film Kollecində kinematoqrafiya üzrə bakalavr dərəcəsi alıb.

Aktrisa "The Walking Dead", "Chicago Med", "9-1-1" serialları ilə yanaşı, "Broadcast Signal Intrusion""Delicate Arch" kimi filmlərdə də rol alıb.

Seçilən
45
Ajans.az

1Mənbələr