Apple Original Films-in istehsal etdiyi idman dramı F1 (Formula 1) Hollivud aktyoru Bred Pittin filmoqrafiyasında ən çox gəlir gətirən layihə olub...
Poliqon xəbər verir ki, bu barədə Deadline nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, iyunun 23-də ABŞ-da nümayiş etdirilən filmin dünya üzrə kassa gəlirləri 546,6 milyon dollar təşkil edir.
Beləliklə, rejissor Cozef Kosinskinin filmi dünya üzrə 540 milyon dollar toplayan Pittlə əvvəlki ən çox gəlir gətirən “World War Z” filmini geridə qoydu.
Formula1 ən çox Çin (55,1 milyon dollar), Böyük Britaniya (28 milyon dollar), Fransa (26,7 milyon dollar), Cənubi Koreya (24 milyon dollar) və Meksikada (19,3 milyon dollar) qazanıb. IMAX nümayişlərində film dünya üzrə 84,7 milyon dollar toplayıb.
Poliqon.info