AZ

Bred Pittin ən çox gəlir gətirən filmi bəlli oldu

BAKI, 6 avqust. TELEQRAF

“Apple Original Films” tərəfindən istehsal olunan “F1” (Formula 1) idman dramı Hollivud aktyoru Bred Pittin filmoqrafiyasında ən çox gəlir gətirən layihə olub.

Teleqraf xəbər verir ki, bu barədə “Deadline” nəşri məlumat yayıb.

Məlumata görə, filmin dünya üzrə kassa gəlirləri 546,6 milyon dollar təşkil edir.

“F1” ən çoxÇin (55,1 milyon dollar), Böyük Britaniya (28 milyon dollar), Fransa (26,7 milyon dollar), Cənubi Koreya (24 milyon dollar) vəMeksikada (19,3 milyon dollar) qazanc gətirib.

Seçilən
29
2
teleqraf.com

3Mənbələr