AZ

Rusiya 10 yeni diviziya yaratmağı hədəfləyir - Sırski

Rusiya rəhbərliyi ilin sonuna kimi 10 yeni diviziya yaratmağı hədəfləyir, ona görə də Ukraynada səfərbərlik davam etməlidir.

Hakimiyyet.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sirski deyib.

Onun sözlərinə görə, iyulda Rusiyanın itkiləri 33,2 min nəfərdən çox olub. Bu, əvvəlki ayla müqayisədə 800 nəfər çoxdur:

"Buna baxmayaraq, düşmən öz qrupunu hər ay 9 min nəfər artırır. Rusiya rəhbərliyi ilin sonuna kimi 10 yeni diviziya yaratmaq niyyətindədir, ikisi artıq yaradılıb. Ona görə də səfərbərlik tədbirlərini davam etdirmək, döyüş hazırlığını təkmilləşdirmək və qoşunlarımızın tərkib hissəsini gücləndirməkdən başqa çarəmiz yoxdur".

Seçilən
26
8
hakimiyyet.az

10Mənbələr