Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın hər ay cəbhədəki canlı qüvvəsini 9 min nəfər artırdığını və ilin sonuna
qədər 10 yeni diviziya formalaşdırmağı planlaşdırdığını açıqlayıb.
Referans xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sirski deyib.
Onun sözlərinə əsasən, bu diviziyalardan ikisi artıq yaradılıb. Buna görə də Ukraynada səfərbərlik davam etməlidir.
O bildirib ki, iyulda Rusiyanın itkiləri 33,2 min nəfərdən çox olub. Bu, əvvəlki ayla müqayisədə 800 nəfər çoxdur:
“Buna baxmayaraq, düşmən öz qrupunu hər ay 9 min nəfər artırır. Rusiya rəhbərliyi ilin sonuna kimi 10 yeni diviziya yaratmaq
niyyətindədir, ikisi artıq yaradılıb. Ona görə də səfərbərlik tədbirlərini davam etdirmək, döyüş hazırlığını təkmilləşdirmək və
qoşunlarımızın tərkib hissəsini gücləndirməkdən başqa çarəmiz yoxdur(globalinfo)
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta