Sumqayıtda azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin 9-cu mikrorayon ərazisində yerləşən çoxmərtəbəli binalardan birində qeydə alınıb. Belə ki, 14 yaşlı (ad-soyadı dəqiqləşdirilir - red) qız binanın yüksək mərtəbələrindən birindən yıxılaraq həyatını itirib.
İlkin ehtimallara görə, hadisə ehtiyatsızlıq nəticəsində baş verib.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.