AZ

Sumqayıtda yeniyetmə qız hündürlükdən yıxılıb öldü

Sumqayıtda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

 

Hadisə şəhərin 9-cu mikrorayon ərazisində yerləşən çoxmərtəbəli binalardan birində qeydə alınıb.

 

Belə ki, 2011-ci il təvəllüdlü Gülbahar Nuhəli qızı Nuri binanın yüksək mərtəbəsindən yıxılaraq həyatını itirib.

 

İlkin ehtimallara görə, hadisə ehtiyatsızlıq nəticəsində baş verib.

 

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

 

Report

Tarix: 6 Avqust 2025, 00:24   
Seçilən
63
36
pravda.az

10Mənbələr