AZ

Onurğa üçün ən zərərli vərdişlər hansılardır?

Yeniavaz portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Başınızı aşağı əyərək qadcetlərdən istifadə etmək, uzun müddət oturmaq və yatmaq üçün uyğun olmayan yastıqdan istifadə etmək onurğa sütununa ciddi ziyan vura bilər.

Yeniavaz.com xəbər verir ki, bu barədə ortoped Cankarlo Mariano “Metropoles”ə müsahibəsində danışıb.

Mütəxəssisin fikrincə, başınızı aşağı salaraq smartfon və digər cihazlardan daimi istifadə etmək onurğanın həddən artıq gərginləşməsinə səbəb olur:

“Fakt budur ki, düzgün vəziyyətdə olan boyun əzələləri orta hesabla 4,5 ilə 5,5 kiloqram arasında olan başın ağırlığına tab gətirmək üçün nəzərdə tutulub. Ancaq hər santimetr irəli və ya arxaya əyildikdə, onların üzərinə düşən yük artır.

Oturaq həyat tərzi bundan az zərərli deyil. Fiziki məşq olmadıqda, arxa əzələlərin kütləsi azalır, bu da bədəni effektiv şəkildə dəstəkləməyə və duruşu düzəltməyə imkan vermir. Uzun müddət ayaqda qalmaq da zərərli ola bilər”.

Mariano uzun müddət bir yerdə dayanmamağı və fasiləsiz uzun səfərlərə çıxmamağı məsləhət gördü. Mütəxəssis onu da qeyd edib ki, uyğun olmayan yastıq gecələr əzələlərin rahatlamasına mane olur, bu da ağrı və diskomfort yaradır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
82
1
yeniavaz.com

2Mənbələr