AZ

Sumqayıtda yeniyetmə qız hündürlükdən yıxılıb öldü

  Sumqayıtda azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

Referans Report-a istinadən xəbər verir ki, hadisə şəhərin 9-cu mikrorayon ərazisində yerləşən çoxmərtəbəli binalardan birində qeydə alınıb.

Belə ki, 2011-ci il təvəllüdlü Nuri Gülbahar Nuhəli qızı binanın yüksək mərtəbələrindən birindən yıxılaraq həyatını itirib.

İlkin ehtimallara görə, hadisə ehtiyatsızlıq nəticəsində baş verib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.  

Seçilən
26
36
referans.az

10Mənbələr