AZ

“Qəbələ”dən hücumçu transferi

futbolpress-az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Yeni mövsümün hazırlığını davam etdirən “Qəbələ” növbəti transferini gerçəkləşdirib.

Futbolpress.az xəbər verir ki, “qırmızı-qaralar” İbrahim Sanqareni heyətinə qatıb. 31 yaşlı fransalı hücumçu ilə 1 illik müqavilə imzalanıb.

Forvardın son klubu İsrail təmsilçisi “Hapoel Hadera” olub. Sanqare bunadək Fransada “Lentente”, “Şambli”, “Avranş”, “Oser”, “Kretey”, “Orlean”, “Le Puy”, Türkiyədə “Giresunspor”, “Menemenspor”, Kiprdə “Otelyos” klublarının da formasını geyinib.

Xatırladaq ki, “Qəbələ” bunadək Prins Ovusu, Paulo Quimbila, İsaak Amoah, Adriel Ba Loua, Eduardo Kundeni transfer edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
77
5
futbolpress.az

6Mənbələr