AZ

“Qəbələ” fransalı hücumçu ilə müqavilə imzalayıb

Bakı. Trend:

Yeni mövsümün hazırlığını davam etdirən “Qəbələ” növbətitransferini gerçəkləşdirib.

Trend-in məlumatına görə, bu barədə klubun mətbuat xidmətibildirib.

Məlumata əsasən, “qırmızı-qaralar” İbrahim Sanqareni heyətinəqatıb. 31 yaşlı fransalı hücumçu ilə 1 illik müqaviləimzalanıb.

Forvardın son klubu İsrail təmsilçisi “Hapoel” (Hadera) olub.Futbolçu Fransada “Lentente”, “Şambli”, “Avranş”, “Oser”, “Kretey”,“Orlean”, “Le Puy”, Türkiyədə “Giresunspor”, “Menemenspor”, Kiprdə“Otelyos” klublarının da formasını geyinib.

Xatırladaq ki, “Qəbələ” bunadək Prins Ovusu, Paulo Quimbila,İsaak Amoa, Adriel Ba Loua və Eduardo Kundeni transfer edib.

Seçilən
13
5
az.trend.az

6Mənbələr