Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində ümumi sahəsi 54 m² olan mənzilin eyvanında 1 ədəd kombi aparatı və məişət əşyaları 2 m² sahədə yanıb.
Bu barədə Operativ Media-ya Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.