EN

Bakıda çoxmərtəbəli binada yanğın olub

Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində ümumi sahəsi 54 m² olan mənzilin eyvanında 1 ədəd kombi aparatı və məişət əşyaları 2 m² sahədə yanıb.

Bu barədə Operativ Media-ya Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Chosen
39
7
operativmedia.az

9Sources