İmişli rayonunda iki minik avtomobili toqquşub.
ONN media Oxu.az-a istinadən xəbər verir ki, hadisə İmişli-Xoşçobanlı-Qaraqaşlı yolunun rayonun Otuziki kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Hadisə nəticəsində 6 nəfər xəsarət alıb.
Məlumata görə, 1977-ci il təvəllüdlü Cəmil Babaşovun idarə etdiyi "Opel" markalı nəqliyyat vasitəsinin 1974-cü il təvəllüdlü Əziz Quliyevin idarə etdiyi "Mersedes-Benz" avtomobili ilə toqquşması nəticəsində xəsarət alan yeniyetmələr futbolçular olublar.
Onlar futbol matçından qayıdırmışlar.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta